Yuxarı

​ABŞ Kəşfiyyatı: İran Suriya, İraq və Yəmən münaqişələrində iştirakını genişləndirir

İranın bu münaqişələrdə iştirakı 2015-ci ildə artıb

Bakı. 9 fevral. REPORT.AZ/ İran Suriya, İraq və Yəmən münaqişələrində iştirakını artırır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepper bildirib.

"İranın Suriya, İraq və Yəmən münaqişələrində iştirakı 2015-ci ildə artıb. İran Suriyada verdiyi "şəhidlər"i, qoşun sayının artırıldığını və "terrorçular"la mübarizədə qabaqcıl mövqeyini daha açıq şəkildə etiraf etməyə başlayıb. İraqda İran qoşunları İŞİD-ə qarşı raket, artilleriya və pilotsuz təyyarələrini cəlb ediblər. İran, həmçinin Yəməndə üsyançı husiləri onlara silah yardımı etməklə dəstəkləyib", — deyə Klepper çərşənbə axşamı Konqresdə bildirib.

"Tehran demək olar ki, bütün Fars körfəzində və geniş Yaxın Şərq regionunda bölgə üzrə tərəfdaşlarını dəstəkləmək və regional nüfuzunu genişləndirmək məqsədi ilə fəal olacaq", — deyə Klepper diqqətə çatdırıb.

O, eyni zamanda sözügedən regionda İranın Rusiya ilə əməkdaşlığının artdığı qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi