ABŞ Kabil hava limanına 5,8 min əsgər yerləşdirib

ABŞ Kabil hava limanına 5,8 min əsgər yerləşdirib Qeyd olunur ki, yaxın günlərdə bu kontingent 6 min nəfərə çatdırılacaq
Digər ölkələr
110
20 Avqust , 2021 20:16
ABŞ Kabil hava limanına 5,8 min əsgər yerləşdirib
0 : 00
0 : 00

ABŞ təxliyə işlərinin həyata keçirilməsi və təhlükəsizliyin qorunmasına yardım etmək üçün təxminən 5,8 min amerikalı əsgəri Kabil hava limanına “köçürüb”.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, yaxın günlərdə bu kontingent 6 min nəfərə çatdırılacaq.

ABŞ generalı Henk Teylor dünən hava limanında 5,2 mindən çox ABŞ əsgərinin olduğunu söyləmişdi.

Son xəbərlər

Orphus sistemi