ABŞ jurnalistin itməsinə görə Ər-Riyadla hərbi sövdələşmədən imtina etmək niyyətində deyil

ABŞ jurnalistin itməsinə görə Ər-Riyadla hərbi sövdələşmədən imtina etmək niyyətində deyil Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı vəziyyət fonunda Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsindən imtina etmək istəməzdi.
Digər ölkələr
14 Oktyabr , 2018 11:29
ABŞ jurnalistin itməsinə görə Ər-Riyadla hərbi sövdələşmədən imtina etmək niyyətində deyil

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp bildirib ki, jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı vəziyyət fonunda Səudiyyə Ərəbistanı ilə silah sövdələşməsindən imtina etmək istəməzdi.

“Report” xəbər verir ki, o, bununla bağlı başqa ciddi variantların olduğunu qeyd edib.

"Düşünürəm ki, biz bunu edəriksə, özümüzü cəzalandırmış olarıq. Biz başqa olduqca ciddi tədbirlər görə bilərik", - deyə o bildirib.

Tramp bundan əvvəl Qaşıqçının itməsində iştirakı sübuta yetiriləcəyi təqdirdə, Ər-Riyadı ciddi şəkidə cəzalandıracaqlarını söyləyib.

Son xəbərlər

Orphus sistemi