ABŞ İsrailə döyüş təyyarələri və bombaların təhvil verilməsinə icazə verib

ABŞ İsrailə döyüş təyyarələri və bombaların təhvil verilməsinə icazə verib Amerika Birləşmiş Ştatları İsrailə milyardlarla dollar dəyərində döyüş təyyarələri və bombalar təhvil verəcək.
Digər ölkələr
30 Mart , 2024 03:12
ABŞ İsrailə döyüş təyyarələri və bombaların təhvil verilməsinə icazə verib

Amerika Birləşmiş Ştatları İsrailə milyardlarla dollar dəyərində döyüş təyyarələri və bombalar təhvil verəcək.

“Report” xəbər verir ki, bu barədə “Washington Post” mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, ABŞ prezidenti Co Bayden administrasiyası Vaşinqtonun Qəzzanın cənubuna gözlənilən hərbi hücumla bağlı narahatlıqlarına baxmayaraq, son günlərdə İsrailə milyardlarla dollar dəyərində bomba və döyüş təyyarələrinin təhvil verilməsinə icazə verib.

Bildirilib ki, tədarüklərə 1800-dən çox “MK84” bombası və 500-dən çox “MK82” bombası daxil olacaq.

Bəzi demokratların fikrincə, İsrail Rəfahda planlaşdırılan əməliyyat zamanı mülki əhalini müdafiə etməlidir. Əks halda ABŞ silah tədarükündən çəkinməlidir.

Son xəbərlər

Orphus sistemi