ABŞ İŞİD-in bir neçə liderini zərərsizləşdirib

ABŞ İŞİD-in bir neçə liderini zərərsizləşdirib ABŞ 2014-cü ilin avqustundan İraqda İŞİD-in mövqelərinə havadan zərbələr endirir
Digər ölkələr
19 Dekabr , 2014 01:50
ABŞ İŞİD-in bir neçə liderini zərərsizləşdirib

Bakı. 19 dekabr. REPORT.AZ/ ABŞ hərbi əməliyyatlar zamanı "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının bir neçə liderini aradan qaldırmağa müvəffəq olub.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı Pentaqon nümayəndəsi kontr-admiral Con Kirbi bildirib.

"Biz hesab edirik ki, bu əsas liderlərin itkisi İŞİD-in İraqın təhlükəsizlik qüvvələri, eləcə də, kürd və İraqın digər yerli qüvvələrinə qarşı aparılan cari əməliyyatlara nəzarət və komanda vermək imkanlarını kəskin azaldacaq", - deyə Kirbi əlavə edib.

ABŞ 2014-cü ilin avqustundan İraqda İŞİD-in mövqelərinə havadan zərbə endirir, sentyabr ayından isə aviazərbələrin sahəsi Suriya ərazilərinə qədər genişlənib.

Son xəbərlər

Orphus sistemi