ABŞ institutu: “Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək”

ABŞ institutu: “Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək” “Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək”.
Digər ölkələr
29 Avqust , 2023 09:16
ABŞ institutu: “Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək”

“Rusiyanın mürəkkəb müdafiə əməliyyatlarını davam etdirmək qabiliyyəti zəifləyəcək”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan bildirilib.

Qeyd olunub ki, Rusiya hazırda nisbətən elit hesab olunan piyada qoşunlarına arxalanır: “Amma Rusiya qüvvələri getdikcə deqradasiyaya uğrayır. Bu, Rusiyanın elit bölmələri ilə bağlı planlarını da pozur”.

Amerikalı analitiklər xatırladıblar ki, Ukrayna ordusu avqustun 28-də Zaporojye vilayətindəki Robotin kəndini işğaldan azad edib: “Ukrayna müdafiə nazirinin müavini Anna Malyarın sözlərinə, ölkənin cənubu Silahlı Qüvvələrin əsas hücum istiqamətidir. Rusiya hərbi komandanlığı Ukraynanın əks-hücumlarının qarşısını almaq məqsədilə elit hava-desant bölmələrindən istifadə edir".

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna ordusu bu ilin iyulundan cəbhədə əks-hücum əməliyyatları həyata keçirir.

Son xəbərlər

Orphus sistemi