ABŞ BMT-nin İnsan Hüquqları Şurasında üzvlüyünü bərpa etmək niyyətindədir

ABŞ BMT-nin İnsan Hüquqları Şurasında üzvlüyünü bərpa etmək niyyətindədir Bu barədə ölkənin dövlət katibi Antoni Blinken tvitter səhifəsindən bildirib
Digər ölkələr
8 Fevral , 2021 18:10
ABŞ BMT-nin İnsan Hüquqları Şurasında üzvlüyünü bərpa etmək niyyətindədir

ABŞ hökuməti BMT İnsan Hüquqları Şurasındakı (UNHRC) üzvlüyünü bərpa etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət katibi Antoni Blinken tvitter səhifəsindən bildirib.

“BMT İnsan Hüquqları Şurası qüsurludur və islahata möhtacdır, amma onları düzəltməkdən daha da uzaqlaşır. Şuranı təkmilləşdirməyin, potensialını üzə çıxartmağın yeganə yolu ABŞ-ın möhkəm və prinsipial rəhbərliyi altında mümkündür. Yaxşı işləyərkən BMT İnsan Hüquqları Şurası insan hüquqlarının ən pis vəziyyətdə olduğu ölkələr üçün qaranlıqdakı işıq kimi bərq vurur və hüquqsuzluq, müstəbidliklə mübarizədə mayak ola bilər. Elə bu səbəbdən ABŞ həmin quruma qayıdır. Biz müttəfiqlərimiz və dostlarımızla birgə səylə çalışsaq, insan hüquqlarının ən pis vəziyyətdə olduğu ölkələri BMT İnsan Hüquqları Şurasına qoşulmağa çağıra bilərik. ABŞ-ın liderliyi mühümdür”, - dövlət katbi qeyd edib.

Xatırladaq ki, ABŞ BMT İnsan Hüquqları Şurasından 2018-ci ildə çıxıb. Donald Tramp hökuməti bu qurumu İsrailə qarşı qərəzli mövqeyinə, habelə Venesuela, Kuba, Çin kimi ölkələrin oradakı üzvlüyünə görə dəfələrlə tənqid edib.

Son xəbərlər

Orphus sistemi