ABŞ-ın Zimbabvedəki səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

ABŞ-ın Zimbabvedəki səfirliyi viza verilməsini müvəqqəti dayandırıb ABŞ hökuməti Zimbabvedə silahlı qüvvələrin son hərəkətlərindən olduqca narahatdır
Digər ölkələr
16 Noyabr , 2017 18:50
ABŞ-ın Zimbabvedəki səfirliyi viza verilməsini müvəqqəti dayandırıb

Bakı. 16 noyabr. REPORT.AZ/ ABŞ-ın Zimbabvedəki səfirliyi viza verilməsini müvəqqəti olaraq dayandırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb kimi ölkə daxilindəki qeyri-sabit siyasi vəziyyət fonunda səfirlik işçilərinin çatışmazlığı göstərilib. 

"ABŞ hökuməti Zimbabve Silahlı Qüvvələrinin son hərəkətlərindən olduqca narahatdır", - səfirlikdən bildirilib.

Qeyd edək ki, Zimbabvenin paytaxtı Hararedə dövlət televiziyasının və prezident Robert Muqabenin iqamətgahının hərbçilərin nəzarəti altında olduğu bildirilir. Bundan əlavə, şəhərin küçələrinə zirehli texnikalar yerləşdirilib. R.Muqabe isə Cənubi Afrika Respublikasının (CAR) prezidenti Ceykob Zuma ilə telefon danışığı zamanı hərbçilər tərəfindən ev dustaqlığında saxlanıldığını təsdiqləyib. Ölkənin birinci xanımı Qreys Muqabe ölkədən qaçıb, sabiq vitse-prezident Emmerson Mnanqaqva hökumətə rəhbərlik etmək üçün paytaxta dönüb. 

Son xəbərlər

Orphus sistemi