ABŞ-ın yeni prezidenti "Twitter"dən istifadəni davam etdirəcək

ABŞ-ın yeni prezidenti "Twitter"dən istifadəni davam etdirəcək Tramp hazırda 46 milyon abunəçisinin olduğunu bildirib
Digər ölkələr
16 Yanvar , 2017 04:56
ABŞ-ın yeni prezidenti Twitterdən istifadəni davam etdirəcək

Bakı. 16 yanvar. REPORT.AZ/ Donald Tramp ABŞ prezidenti vəzifəsinə keçdikdən sonra da "Twitter"dəki hesabından istifadəni davam etdirəcək.

"Report" xəbər verir ki, o bunu "The Times" və "Bild" qəzetlərinə müsahibəsində deyib.

"Düşünürəm ki, @RealDonaldTrump-ı saxlayacağam", - deyə Tramp "Twitter"də hansı ad altında yazmağı davam etdirəcəyinə dair suala cavab verərkən bildirib.

"Hazırda mənim "Facebook", "Twitter" və "Instagram" daxil olmaqla 46 milyon abunəçim var – bu olduqca çoxdur", - deyə o əlavə edib.

"Mətbuat mənim haqqımda olduqca ədalətsiz yazır, mən bu barədə fikrimi "Twitter"də yazıram", - deyə Tramp bildirib. Tramp bu işdə ona kömək edən "bir-iki nəfər"in olduğunu bildirib.

"Mən sadəcə nəsə deyirəm, onlar da mətni yazırlar", - deyə o qeyd edib.

Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq.

Son xəbərlər

Orphus sistemi