​ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 71 terrorçu ölüb

​ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 71 terrorçu ölüb Aviazərbələr "Əl-Qaidə" terror təşkilatının təlim düşərgəsinə endirilib
Digər ölkələr
24 Mart , 2016 19:06
​ABŞ-ın Yəmənə endirdiyi hava zərbələri nəticəsində 71 terrorçu ölüb

Bakı. 24 mart. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinin çərşənbə axşamı Yəmənin cənub-şərqində "Əl-Qaidə" terror təşkilatının təlim düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində ölən yaraqlıların sayı 71 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı Yəmən hökumətinə istinadən "Franc-Press" agentliyi məlumat yayıb.

"ABŞ-ın Xadramaut əyalətinə endirdiyi aviazərbələr nəticəsində ölən "Əl-Qaidə" yaraqlılarının sayı 71 nəfərə çatıb, 28 terrorçu yaralanıb", — deyə məlumatda bildirilir.

Son xəbərlər

Orphus sistemi