ABŞ-ın Yaponiyadakı hərbi bazasına girmək istəyən şəxs saxlanılıb

ABŞ-ın Yaponiyadakı hərbi bazasına girmək istəyən şəxs saxlanılıb Yaponiyanın Okinava adasında yerləşən ABŞ-a məxsus Kamp Şvab (Man Kamp) hərbi dəniz bazasına icazəsiz daxil olmaq istəyən Cənubi Afrika Respublikası vətəndaşı saxlanılıb.
Digər ölkələr
29 Dekabr , 2019 13:07
ABŞ-ın Yaponiyadakı hərbi bazasına girmək istəyən şəxs saxlanılıb

Yaponiyanın Okinava adasında yerləşən ABŞ-a məxsus Kamp Şvab (Man Kamp) hərbi dəniz bazasına icazəsiz daxil olmaq istəyən Cənubi Afrika Respublikası vətəndaşı saxlanılıb.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, ABŞ hərbi polisi tərəfindən saxlanılan 24 yaşlı Conatan Eduards daha sonra yerli qurumlara təhvil verilib. Dindirmə zamanı ingilis dilindən dərs dediyini bildirən gəncin hərbi bazaya nə üçün girmək istədiyi barədə məlumat verilmir.

Qeyd edək ki, Okinava adasında ABŞ-ın Yaponiyadakı hərbi bazalarının 70 faizi, habelə çevik qüvvələrə məxsus dəniz piyadaları diviziyası yerləşir.

Son xəbərlər

Orphus sistemi