​ABŞ-ın xüsusi təyinatlı dəstələri İŞİD-ə qarşı əməliyyat məqsədilə Liviya bazalarına yerləşdirilib

​ABŞ-ın xüsusi təyinatlı dəstələri İŞİD-ə qarşı əməliyyat məqsədilə Liviya bazalarına yerləşdirilib ABŞ hərbçiləri ölkənin qərbində, paytaxt Tripolinin yaxınlığında sahilboyu Misrata şəhərində və Benqazində postlar qurub.
Digər ölkələr
13 May , 2016 03:38
​ABŞ-ın xüsusi təyinatlı dəstələri İŞİD-ə qarşı əməliyyat məqsədilə Liviya bazalarına yerləşdirilib

Bakı. 13 may. REPORT.AZ/ ABŞ-ın xüsusi təyinatlı hərbi dəstələri Liviyanın şərqində və qərbində İŞİD-ə qarşı əməliyyat məqsədilə iki dayaq bazası yaradıb. "Report" xəbər verir ki, ABŞ administrasiyasındakı mənbələrə istinadən "Washington Post" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hərbçiləri ölkənin qərbində, paytaxt Tripolinin yaxınlığında sahilboyu Misrata şəhərində və şərqdə Benqazində dayaq məntəqələri - postlar qurub.

İŞİD döyüşçülərinin qalası Sirt məhz bu şəhərlərin arasında yerləşir. Qəzet qeyd edir ki, söhbət sayları 25 nəfəri ötməyən iki kiçik kontingentdən gedir.

Rusiya kəşfiyyatının məlumatına görə, Liviyada İŞİD-in təxminən 6 min terrorçusu fəaliyyətdədir. Sirt və Aralıq dənizi sahili boyunda strateji ərazi İŞİD-in nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi