Donald Tramp: "ABŞ-ın xarici siyasəti yeni istiqamətə ehtiyac duyur"

Donald Tramp: "ABŞ-ın xarici siyasəti yeni istiqamətə ehtiyac duyur" "Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik"
Digər ölkələr
17 Dekabr , 2016 09:49
Donald Tramp: ABŞ-ın xarici siyasəti yeni istiqamətə ehtiyac duyur

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bizim xarici siyasətimiz yeni istiqamətə ehtiyac duyur". 

 "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Orlandoda (Florida ştatı) öz tərəfdaşlarının qarşısında çıxışı zaman bildirib. 

"Biz xarici dövlətləri deyil, öz ölkəmizi dəyişdirəcəyik. Uzun zamandır əvəllər çoxlarınızın da adını belə eşitmədiyiniz bir ölkədən digər ölkəyə zorla daxil olurduq. Bu ağılsızlıqdır və buna son qoyulacaq! Tramp administrasiyası ilk növbədə ABŞ-ın milli maraqlarını qoruyacaq", - deyə D.Tramp vurğulayıb. 

Qeyd edək ki, D.Tramp noyabrın 8-də keçirilən seçkilərdə ABŞ-ın prezidenti seçilib. Onun inauqurasiya mərasimi yanvarın 20-də baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi