ABŞ-da vitse-prezidentin təyyarəsi xoşagəlməz hadisədən sonra geri qayıdıb

ABŞ-da vitse-prezidentin təyyarəsi xoşagəlməz hadisədən sonra geri qayıdıb ABŞ-ın vitse-prezidenti Maykl Pensin olduğu təyyarə çərşənbə axşamı quşla toqquşmadan sonra Nyu-Qempşir ştatındakı hava limanına qayıdıb.
Digər ölkələr
23 Sentyabr , 2020 04:08
ABŞ-da vitse-prezidentin təyyarəsi xoşagəlməz hadisədən sonra geri qayıdıb

ABŞ-ın vitse-prezidenti Maykl Pensin olduğu təyyarə çərşənbə axşamı quşla toqquşmadan sonra Nyu-Qempşir ştatındakı hava limanına qayıdıb.

“Report”un məlumatına görə, bu barədə Pensin köməkçilərinə istinadən CNN telekanalı bildirib.

Telekanalın məlumatına görə, hadisə uçuşdan dərhal sonra baş verib. Təyyarə hadisədən az sonra "ehtiyat tədbiri kimi" yerə enib.

Pensin başqa təyyarədə Vaşinqtona qayıdacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi