ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.
Digər ölkələr
16 Oktyabr , 2019 01:44
ABŞ-ın vitse-prezidenti və dövlət katibi Türkiyəyə səfər edəcəklər

ABŞ-ın vitse-prezidenti Maykl Pens və dövlət katibi Maykl Pompeo Suriyanın şimal-şərqindəki vəziyyətlə əlaqədar çərşənbə günü (16 oktyabr) Türkiyəyə səfər edəcəklər.

“Report” xəbər verir ki, bunu Amerika prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

M. Pensin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir.

Qeyd olunub ki, 17 oktyabrda Pens, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu Pensin, ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq.

Son xəbərlər

Orphus sistemi