Bakı. 22 yanvar. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden ötən axşam İstanbula gəlib.
"Report" "NTV" telekanalına istinadən xəbər verir ki, yanvarın 23-nə qədər davam edəcək səfər çərçivəsində terrorçu İŞİD qruplaşmasına qarşı hərbi əməliyyatların təşkili və Rusiyanın Suriyadaki hərbi əməliyyatları kimi məsələlər müzakirə olunacaq.
Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davutoğlu ilə görüşləri planlaşdırılıb.
Qeyd edək ki, Co Bayden Türkiyəyə İsveçrənin Davos şəhərindən gəlib.