​ABŞ-ın vitse-prezidenti qar tufanı səbəbindən Vaşinqtona qayıda bilməyib

​ABŞ-ın vitse-prezidenti qar tufanı səbəbindən Vaşinqtona qayıda bilməyib Co Baydenin təyyarəsi Mayamiyə yönləndirilib
Digər ölkələr
24 Yanvar , 2016 04:59
​ABŞ-ın vitse-prezidenti qar tufanı səbəbindən Vaşinqtona qayıda bilməyib

Bakı. 24 yanvar. REPORT.AZ/ ABŞ-ın Şərq sahillərində tüğyan edən qar tufanı Amerika Administrasiyası rəhbərlərindən daha birinin iş qrafikində dəyişikliyə səbəb olub.

“Report” xəbər verir ki, şənbə günü axşam Ağ evin mətbuat xidməti məlumat yayıb ki, Vaşinqtonda güclü qar yağması səbəbindən İsveçrə və Türkiyəyə səfərdən qayıdan ABŞ-ın vitse-prezidenti Cozef Baydenin təyyarəsi Mayamiyə (Florida ştatı) yönləndirilib.

Bundan əvvəl ABŞ-ın müdafiə naziri Eşton Karterin təyyarəsi Paris və Davosdan Vaşinqtona qayıdarkən Floridaya yönəldilmişdi.

Son xəbərlər

Orphus sistemi