ABŞ-ın vitse-prezidenti növbəti seçkidə prezidentliyə namizədliyini irəli sürəcək

ABŞ-ın vitse-prezidenti növbəti seçkidə prezidentliyə namizədliyini irəli sürəcək Əgər həmin siyasi kampaniyada qalib gəlsə, o zaman Co Bayden ABŞ tarixində seçkidə iştirak edən ən yaşlı prezidentliyə namizəd sayılacaq
Digər ölkələr
6 Dekabr , 2016 13:58
ABŞ-ın vitse-prezidenti növbəti seçkidə prezidentliyə namizədliyini irəli sürəcək

Bakı. 6 dekabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden 2020-ci ildə keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcək.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu C.Bayden Kapitoliyada jurnalistlərin gələcək siyasi fəaliyyəti ilə bağlı sualını cavablandırarkən bildirib.

Jurnalsilər onun zarafat edib-etmədiyinin yoxlamaq üçün sualı təkrar veriblər. C.Bayden isə fikirlərini davam etdirərək deyib, taleyin ən gözlənilməz şəkildə planlara müdaxilə edə bimək adəti var.

Məlumata görə, əgər C.Bayden yenidən prezidentliyə namizədliyini irəli sürsə, bu, onun ABŞ rəhbəri olmaq uğrunda üçüncü cəhdi olacaq. Əgər həmin siyasi kampaniyada qalib gəlsə, o zaman C.Bayden ABŞ tarixində seçkidə iştirak edən ən yaşlı prezidentliyə namizəd sayılacaq. 2020-ci ildə C.Baydenin 78 yaşı olacaq. O, builki prezident seçikisində oğlu öldüyü üçün iştirak etməyib. Onun oğlu beyin xərçəngindən dünyasını dəyişib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp 70 yaşındadır. 

Son xəbərlər

Orphus sistemi