ABŞ-ın vitse-prezidenti naməlum səbəbdən İndianaya səfərini ləğv edib

ABŞ-ın vitse-prezidenti naməlum səbəbdən İndianaya səfərini ləğv edib ABŞ-ın vitse-prezidenti Maykl Pens cümə günü İndiana ştatına səfəri planını ləğv edib və Vaşinqtona qayıdır.
Digər ölkələr
9 Oktyabr , 2020 05:33
ABŞ-ın vitse-prezidenti naməlum səbəbdən İndianaya səfərini ləğv edib
Maykl Pens

ABŞ-ın vitse-prezidenti Maykl Pens cümə günü İndiana ştatına səfəri planını ləğv edib və Vaşinqtona qayıdır.

“Report” xəbər verir ki, bu barədə Pensin mətbuat katibi Devin O Meliyə istinadən CNN teleşirkəti bildirib.

O, İndianapolisə (İndiana ştatı-red) planlaşdırılmış səfərin ləğv olunmasının səbəbini açıqlamayıb. Arizona ştatında jurnalistlərlə əlaqə saxlayan O Meli əmin edib ki, vitse-prezidentin planlarının dəyişdirilməsi koronavirusla əlaqəli deyil.

"Heç kim xəstələnməyib. Vitse-prezident şənbə günü və bazar ertəsi səfərləri etməyi planlaşdırır", - O Meli bildirib.

Teleşirkətin məlumatına görə, Pens İndianapolisdə noyabrın 3-də nəzərdə tutulmuş ümumi seçkilərdə vaxtından əvvəl səs vermək fikrində olub.

Son xəbərlər

Orphus sistemi