ABŞ-ın vitse-prezidenti: "Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək"

ABŞ-ın vitse-prezidenti: "Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək" "Sizə söz verirəm ki, gün gələcək, prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək"
Digər ölkələr
18 İyul , 2017 16:25
ABŞ-ın vitse-prezidenti: Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək

Bakı. 18 iyul. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkə Prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə dair fikrini təsdiqləyib.

Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.

"Sizə söz verirəm ki, gün gələcək, Prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. Məsələ yalnız zamana bağlıdır", - "Christians United for Israel" sammitində çıxışı zamanı M.Pens deyib.

Vitse-prezident bildirib ki, ABŞ daim İsrailin xeyrinə çıxış edir.

Son xəbərlər

Orphus sistemi