Bakı. 19 yanvar. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Baydenin Delaver ştatındakı evinin yanında atəş səsləri eşidilib.
“Report” “Associated Press”ə istinadən xəbər verir ki, atəş səslərini ABŞ Məxfi Xidmətinin Baydenin mühafizəsinə cavabdeh olan əməkdaşları eşidiblər.
Vitse-prezident və onun həyat yoldaşı həmin zaman evdə olmayıb.
İlkin məlumatlara görə, atəş yüksək sürətlə evin yanından ötüb keçən maşından açılıb.