Yuxarı

ABŞ-ın Viskonsin ştatında polis zorakılığına qarşı etiraz aksiyaları davam edir

Məhkəmə 19 yaşlı gənci güllələdiyinə görə polis zabitini məsuliyyətə cəlb etməyib

Bakı. 31 May. REPORT.AZ/ ABŞ-ın Viskonsin ştatında mart ayında 19 yaşlı gənci Kenni Robinsonu güllələdiyinə görə ağdərili polis zabiti Matt Kennin məsuliyyətə cəlb edilməyəcək. "Report" Amerikanın Səsinə istinadən xəbər verir ki, yerli məhkəmənin bu qərarı ştatın mərkəzi şəhəri hesab olunan Madisonda geniş etirazlara səbəb olub.

Robinsonun dayısı Turin Karter deyib ki, məhkəmənin başqa gür nəticələnəcəyini gözlədiyi halda qərar onu çox təəccübləndirib.

Robinsonun nənəsi Şaron İrvin isə heç bir mətbuat xəbərlərinin onun yarasını sağalda bilməyəcəyini deyir: “Demək istəyirəm ki, bütün bunlar ədalət deyil, siyasətdir.”

Robinson ailəsi yeni istintaq açılmasını tələb edir. Daha artıq nümayişlərin də təşkili planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi