Bakı. 22 may. REPORT.AZ/ Venesuela prezidenti Nikolas Maduro çərşənbə axşamı ABŞ-ın müvəqqəti işlər vəkili Todda Robinsonu arzuolunmaz şəxs elan edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
"Mən onu arzuolunmaz şəxs elan etdim və ABŞ-ın müvəqqəti işlər vəkili 48 saat ərzində ölkəni tərk etməlidir", - deyə Maduro bildirib.