ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib - YENİLƏNİB

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib - YENİLƏNİB ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib.
Digər ölkələr
23 Oktyabr , 2019 21:41
ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib - YENİLƏNİB

ABŞ Türkiyəyə qarşı sanksiyaları ləğv edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə verdiyi açıqlamada bəyan edib.

Tramp Türkiyəyə oktyabrın 14-də tətbiq olunan sanksiyaların aradan qaldırılması üçün Maliyyə Nazirliyinə göstəriş verdiyini bildirib: “Maliyyə naziri Stiven Mnuçinə göstəriş verdim ki, Türkiyəyə qarşı oktyabrın 14-dən tətbiq edilən bütün sanksiyaları ləğv etsin”.

Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür də edib: “Prezident Ərdoğanla çox yaxşı əlaqəmiz var. Ölkəsi üçün doğru olan işi gördü. Çox yaxın zamanda onunla görüşəcəyik”.

Artıq ABŞ-ın Maliyyə Nazirliyi Trampın göstərişi ilə bağlı yazılı məlumat paylaşıb. Qeyd olunub ki, Türkiyəyə “Barış pınarı” əməliyyatı səbəbindən tətbiq edilən sanksiyalar ləğv olunub.

Bununla da, Milli Müdafiə naziri Hulusi Akar, Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz və Daxili İşlər naziri Süleyman Soylu ABŞ-ın sanksiya siyahısından çıxarılıb.


***20:09

ABŞ prezidenti Donald Tramp Suriyada “Barış pınarı” əməliyyatı ilə bağlı Türkiyəyə qarşı tətbiq etdikləri sanksiyaları ləğv etmək barədə tapşırıq verib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə D.Tramp Ağ Evdəki nitqi zamanı bildirib.

“Bizi narazı salan nəsə baş verənədək sanksiyalar təxirə salınacaq”, - deyən ABŞ lideri Türkiyə tərəfindən aralarında əldə edilmiş razılaşmalara əməl olunmasa, bu ölkədən idxal olunan mallara rüsumları xeyli artıracaqlarını açıqlayıb.

Həmçinin Ağ Ev rəhbəri başqa ölkələri Türkiyənin Suriya sərhədində nəzarəti gücləndirmək üçün kömək olmağa çağırdıqlarını da qeyd edib.

Son xəbərlər

Orphus sistemi