Bakı. 11 dekabr. REPORT.AZ/ ABŞ-ın Türkiyə Cümhuriyyətindəki Səfirliyi İstanbulda baş vermiş terror aktını pisləyib.
"Report" xəbər verir ki, bu barədə səfirliyin "Twitter"dəki hesabında bildirilib.
"Qəlblərimiz və dualarımız bu gecə İstanbul xalqıyla birlikdə. Bugecəki qorxaq hücumu qınayır, terrora qarşı yanında yer aldığımız türk xalqının cəsarətinə hörmət bəsləyirik" – deyə səfirliyin açıqlamasında bildirilir.