ABŞ-ın Türkiyədəki yeni səfirinin adı məlum olub

ABŞ-ın Türkiyədəki yeni səfirinin adı məlum olub ABŞ Senatının Baş Assambleyasında keçirilən şifahi səsvermədə Ceff Fleyk Türkiyədə səfir vəzifəsinə təsdiq edilib.
Digər ölkələr
27 Oktyabr , 2021 01:31
ABŞ-ın Türkiyədəki yeni səfirinin adı məlum olub
Ceff Fleyk

ABŞ Senatında keçirilən səsvermədə Ceff Fleyk Türkiyədə səfir vəzifəsinə təsdiq edilib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Fleykin yaxın vaxtlarda ABŞ-ın Türkiyədəki hazırkı səfiri Devid Satterfilddən vəzifəni təhvil alacağı gözlənilir.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden 2021-ci ilin iyulunda Fleyki səfir vəzifəsinə namizəd kimi irəli sürüb. Senatın Xarici Əlaqələr Komitəsi oktyabrın 20-də Fleykin namizədliyini təsdiqləyəndən sonra sənəd Senatın Baş Assambleyasında yekun səsverməyə göndərilib.

Respublikaçı olmasına baxmayaraq, 2020-ci il prezident seçkilərində demokratların namizədi Baydeni dəstəkləyən Fleyk 2013-2019-cu illərdə Arizona ştatının senatoru, 2001-2013-cü illərdə Nümayəndələr Palatasının üzvü olub.

Son xəbərlər

Orphus sistemi