Bakı. 12 dekabr. REPORT.AZ/ "Ümumdünya Ticarət Təşkilatı (ÜTT) əsas vəzifəsini - ticarətin inkişafını unudur."
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer bildirib.
"Belə nəticəyə gəlmişik ki, ÜTT əsas vəzifəsini unudur və mübahisələrə diqqət ayıran təşkilata çevrilir. Təşkilat üzvləri çox vaxt danışıqlarla heç vaxt ala bilməyəcəkləri güzəştləri məhkəmə iddiaları ilə əldə edəcəklərini düşünür", - R.Laythayzer deyib.
Öz növbəsində, Aİ-nin ticarət komissarı Sesiliya Malmstrom vurğulayıb ki, ÜTT-nin qlobal ticarətdə mühüm rol oynaması üçün təşkilat hazırkı vəziyyətdən çıxmalıdır.