ABŞ-ın ticarət nazirinin yalanının üstü açılıb

ABŞ-ın ticarət nazirinin yalanının üstü açılıb Uilbur Ross "Forbes" jurnalının reytinqinə düşmək üçün sərvətini 2 milyard dollar "artırıb"
Digər ölkələr
8 Noyabr , 2017 13:00
ABŞ-ın ticarət nazirinin yalanının üstü açılıb
REUTERS/ Brendan McDermid

Bakı. 8 noyabr. REPORT.AZ/ ABŞ-ın ticarət naziri Uilbur Ross "Forbes" jurnalının reytinqinə daxil olmaq üçün sərvətini 2 milyard dollar artıq göstərib.

Bu barədə "Report" nəşrin sayına istinadən xəbər verir.

Məlum olub ki, 2016-cı ildə U.Rossun kapitalı 2,9 milyard dollar məbləğində qiymətləndirilib. Ancaq o, ABŞ Prezidenti Donald Trampın administrasiyasında iş aldıqdan sonra onun aktivlərinin dəyərinin 700 milyon dollardan az olduğu məlum olub.

Öz növbəsində, nazir 2 milyard dollardan çox kapitalının ailə trastlarında olduğunu bəyan edib. Ross məlumatların məxfiliyinə istinad edərək trastlar barədə məlumat verməyib.

"Bir aylıq ciddi araşdırmadan sonra "Forbes" cavab tapdığına əmindir: bu pullar heç vaxt mövcud olmayıb. Məlum olur ki, Ross bizə yalan deyib", - jurnaldan bildiriblər.

Son xəbərlər

Orphus sistemi