ABŞ-ın ticarət naziri Trampın çıxışı zamanı yuxuya gedib

ABŞ-ın ticarət naziri Trampın çıxışı zamanı yuxuya gedib ABŞ-ın ticarət naziri Vilbur Ross Prezident Donald Trampın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı yuxuya gedib.
Digər ölkələr
25 Sentyabr , 2019 06:15
ABŞ-ın ticarət naziri Trampın çıxışı zamanı yuxuya gedib

ABŞ-ın ticarət naziri Vilbur Ross Prezident Donald Trampın BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 74-cü sessiyasında çıxışı zamanı yuxuya gedib.

“Report” un xəbərinə görə, bu barədə “CNBC” məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə nazir gözlərini yumub, bir müddətdən sonra başını aşağı salaraq Trampın çıxışı zamanı 15 dəqiqə yatıb. Daha sonra Ross gözlərini açıb və Trampın çıxışını dinləməyə davam edib.

Nazir isə eşitmə cihazı taxdığı üçün gözlərini yumduğunu və çıxışa fikrini cəmlədiyini bildirib. O, həmçinin Amerika liderinin çıxışından sonra müxtəlif ölkə rəhbərləri ilə ikitərəfli görüşlərdə iştirak etdiyini də vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi