ABŞ-ın təyyarə gəmisi İŞİD-lə mübarizə üçün yenidən Aralıq dənizinə qayıdıb

ABŞ-ın təyyarə gəmisi İŞİD-lə mübarizə üçün yenidən Aralıq dənizinə qayıdıb Göyərtə aviasiyası terrorçulara dəqiq zərbələr endirəcək
Digər ölkələr
11 İyun , 2018 23:10
ABŞ-ın təyyarə gəmisi İŞİD-lə mübarizə üçün yenidən Aralıq dənizinə qayıdıb

Bakı. 11 iyun. REPORT.AZ/ ABŞ Hərbi Dəniz Qüvvələrinin (HDQ) nüvə təyyarəsi daşıyıcısı "Harry Truman"ın rəhbərlik etdiyi zərbə qrupu iyunun 10-da İraq və Suriyada İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlarda yenidən iştirak etmək üçün Aralıq dənizinin şərq hissəsinə daxil olub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Amerika HDQ-nin saytında dərc olunan məlumatda deyilir.

"Harry Truman"ın rəhbərlik etdiyi zərbə qrupunun İŞİD ilə mübarizə üçün geri qayıtması bizim tərəfdaşlarımız üçün beynəlxalq terror təhlükəsinin olduğu regionda və hər yerdə sülh və təhlükəsizliyə bağlı olmağımıza dair güclü bir siqnaldır", - deyə zərbə qrupunun komandanı, kontr-admiral Yucin Blek bildirib.

Göyərtə aviasiyası regionda olduğu müddətdə terrorçulara dəqiq zərbələr endirəcək.

Son xəbərlər

Orphus sistemi