ABŞ-ın təxminən 40 şəhərində komendant saatı tətbiq olunacaq

ABŞ-ın təxminən 40 şəhərində komendant saatı tətbiq olunacaq ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı iğtişaşlar səbəbindən komendant saatının tətbiq olunduğunu elan edib.
Digər ölkələr
1 İyun , 2020 04:30
ABŞ-ın təxminən 40 şəhərində komendant saatı tətbiq olunacaq

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı iğtişaşlar səbəbindən komendant saatının tətbiq olunduğunu elan edib.

“Report” xəbər verir ki, bu barədə şəhər meri “Twitter” səhifəsində yazıb.

Mer komendant saatının bazar günü axşam yerli vaxtla saat 23:00-dan səhər saat 6-ya qədər davam edəcəyini bildirib və əhalini küçəyə çıxmamağa çağırıb.

Bouzer həmçinin, Milli Qvardiyanın qoşunlarının yerli polisə dəstək verəcəyini açıqlayıb.

CNN-in məlumatına görə, komendant saatı ABŞ-ın təxminən 40 şəhərində tətbiq ediləcək. 

Son xəbərlər

Orphus sistemi