ABŞ-ın Texas ştatında kilsədə atışma olub, ölənlər var - FOTO - VİDEO

ABŞ-ın Texas ştatında kilsədə atışma olub, ölənlər var - FOTO - VİDEO ABŞ-da atışma olub.
Digər ölkələr
30 Dekabr , 2019 02:00
ABŞ-ın Texas ştatında kilsədə atışma olub, ölənlər var - FOTO - VİDEO

ABŞ-da atışma olub.

"Report"un məlumatına görə, bu barədə "MedStar Makar Trasti" (Macara Trusty) tibb şirkətinin nümayəndəsinə istinadən yerli "Dallas Morning News" qəzeti xəbər verib.

Məlumata görə, hadisə Texas ştatındakı kilsədə qeydə alınıb. Atışma zamanı 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb.

Qəzet bildirib ki, 1 nəfər hadisə yerində həlak olub, daha 1 nəfər isə xəstəxanaya aparılarkən dünyasını dəyişib. Atışma zamanı yaralanmış 1 nəfər ağır vəziyyətdə tibbi məntəqəsinə çatdırılıb.

"FOX 10 Phoenix" telekanalı bildirib ki, həlak olanlardan biri hadisəni törətmiş şəxsdir.

 

Son xəbərlər

Orphus sistemi