ABŞ-ın Texas ştatında 6-cı partlayış baş verib, xəsarət alan var

ABŞ-ın Texas ştatında 6-cı partlayış baş verib, xəsarət alan var Bakı. 21 mart. REPORT.AZ/ ABŞ-ın Texas ştatında növbəti partlayış baş verib.
Digər ölkələr
21 Mart , 2018 10:50
ABŞ-ın Texas ştatında 6-cı partlayış baş verib, xəsarət alan var

Bakı. 21 mart. REPORT.AZ/ ABŞ-ın Texas ştatında növbəti partlayış baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli fövqəladə xidmət məlumat yayıb.

Məlumata görə, hadisə Ostin şəhərində qeydə alınıb. Partlayış zamanı 1 nəfər xəsarət alıb.

O, xəstəxanaya yerləşdirilib. 30 yaşlı yaralının xəsarətinin ağır olduğu deyilsə də, həyatı üçün təhlükənin olmadığı bildirilir. 

Bu, Texasda ayın əvvəllərindən bu günə kimi baş verən 6-cı partlayış hadisəsidir.

Polis hadisənin digər partlayışlarla əlaqəli olub-olmadığını hələ müəyyənləşdirməyib.

Son xəbərlər

Orphus sistemi