ABŞ-ın Tennessi ştatında daşqınlar zamanı 22 nəfər ölüb, onlarla insan itkin düşüb

ABŞ-ın Tennessi ştatında daşqınlar zamanı 22 nəfər ölüb, onlarla insan itkin düşüb ABŞ-ın şərqindəki Tennessi ştatında şənbə günü başlayan daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərdən çox itkin düşmüş hesab edilir.
Digər ölkələr
23 Avqust , 2021 01:40
ABŞ-ın Tennessi ştatında daşqınlar zamanı 22 nəfər ölüb, onlarla insan itkin düşüb

ABŞ-ın şərqindəki Tennessi ştatında şənbə günü başlayan daşqınlar nəticəsində azı 22 nəfər həlak olub, 50 nəfərdən çox insan itkin düşmüş hesab edilir.

“Report” xəbər verir ki, hakimiyyətə istinadən yerli WKRN telekanalı bildirib.

Fövqəladə xidmətlərin məlumatına görə, Xamfris dairəsinin yerli hakimiyyət orqanları 51 nəfərin itkin düşdüyünü hesab edir. Mütəxəssislər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Daha əvvəl 17 nəfərin həlak olması, 42 nəfərin itkin düşməsi haqqında bildirilib.

Son xəbərlər

Orphus sistemi