Yuxarı
    Bağlamaq

    ABŞ-ın Tacikistandakı səfirliyi terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib

    Təhlükə qalmaqdadır və bu, son 6-12 ay ərzində böyüyə bilər – deyə səfirliyin yaydığı xəbərdə bildirilir

    Bakı. 17 iyun. REPORT.AZ/ ABŞ-ın Tacikistandakı səfirliyi terror təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

    "Report"un xəbərinə görə, bununla bağlı diplomatik nümayəndəliyin məlumatında bildirilir.

    Qeyd olunur ki, ehtimal edilən terror təhlükəsi həm də ABŞ-ın maraqlarına qarşı yönəlib. "Son vaxtlar Tacikistana heç bir qruplaşma tərəfindən hücumun olmamasına baxmayaraq təhlükə qalmaqdadır və bu, son 6-12 ay ərzində böyüyə bilər" – deyə səfirliyin yaydığı xəbərdə vurğulanır.

    Diplomatların məlumatına görə, bir neçə terror qruplaşması Tacikistan ərazisində Amerikanın maraqlarına və səfirliyinə qarşı hücum planlaşdıra bilər. Səfirlik bununla əlaqədar öz vətəndaşlarına Əfqanıstan sərhədlərinə yaxınlaşmamağı və insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmağa çağırıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi