ABŞ-ın Suriyadakı kontingentinin sayı 2 min nəfər təşkil edir

ABŞ-ın Suriyadakı kontingentinin sayı 2 min nəfər təşkil edir Bundan əvvəl onların sayının 500 olduğu bildirilirdi
Digər ölkələr
25 Noyabr , 2017 03:43
ABŞ-ın Suriyadakı kontingentinin sayı 2 min nəfər təşkil edir

Bakı. 25 noyabr. REPORT.AZ/ ABŞ-ın Müdafiə Nazirliyi bazar ertəsi sayı əvvəlki 500 hərbçidən 4 dəfə çox olduğu ortaya çıxan Suriyadakı hərbi kontingetinin dəqiq neçə nəfərdən ibarət olduğunu açıqlaya bilər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü anonim mənbələrə istinadən "Reuters" məlumat yayıb.

Onlar müəyyən ediblər ki, söhbət Suriyaya əlavə qüvvə göndərməkdən getmir, idarənin başqa hesablama sistemi tətbiq etdikdən sonra açıqlaya biləcəyi dəqiq məlumatdan gedir.

Son xəbərlər

Orphus sistemi