ABŞ-ın silah ixracının həcmi açıqlanıb

ABŞ-ın silah ixracının həcmi açıqlanıb Bakı. 9 noyabr. REPORT.AZ/ Bu il ABŞ 192,3 milyard dollar həcmində silah ixrac edib.
Digər ölkələr
1653
9 Noyabr , 2018 09:53
ABŞ-ın silah ixracının həcmi açıqlanıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Bu il ABŞ 192,3 milyard dollar həcmində silah ixrac edib. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu da ötən illə müqayisədə 13 faiz çoxdur.

ABŞ Dövlət Departamentinin məlumatında istər hökumət səviyyəsində, istərsə də özəl sektor səviyyəsində ixracatda artım qeydə alınıb.

Bu müddət ərzində silah və hərbi məhsulların satışına dair 55,66 milyard dollarlıq, yəni ötən ilə nisbətən 33 faiz artıq höklumətlərarası və 136,6 milyard dollarlıq özəl müqavilələr imzalanıb.

Son xəbərlər

Orphus sistemi