Bakı. 4 iyul. REPORT.AZ/ ABŞ-ın Səudiyyə Ərəbistanındakı baş konsulluğu qarşısında özünü partlatmaq istəyən şəxs zərərsizləşdirilib. "Report"un məlumatına görə, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri nin əməkdaşlarə bazar ertəsi gecəsi ABŞ-ın Ciddə şəhərindəki baş konsulluğunun qarşısında özünü partlatmaq istəyən şəxsi vurublar. Silahlı şəxs Amerika diplomatik korpusunun binasının yaxınlığına gələrək üzərindəki partladıcı maddəni işə salmaq istəyib.
Lakin təhlükəsizlik qüvvələrinin əməkdaşları vaxtında atəş açaraq onu öldürüblər.
Öldürülmüş şəxsin kimliyi açıqlanmır. "BBC"nin məlumatına görə hadisə zamanı iki polis yaralanıb.
Qeyd edək ki, ABŞ-ın Ciddədəki konsulluğu 2004-cü ildə hücuma məruz qalıb. Hadisə zamanı 9 nəfər həlak olub. Bu gün ABŞ müstəqillik gününü qeyd edir.