Bakı. 28 aprel. REPORT.AZ/ ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyinin binası qarşısında terror aktı keçirməyi planlaşdıran 3 nəfər saxlanılıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Səudiyyə Ərəbistanı hakimiyyəti məlumat yayıb.
Xəbərə görə, krallığın paytaxtı ər-Riyadda səfirliyin binasına iki suriyalı, bir səudiyyəli içərisinə partlayıcı maddə yerləşdirilən avtomobili partlatmağı planlaşdırırmış.Yerli polis deyib ki, hazırlanan terror aktı barədə bu ilin martından bilirlər.