Birləşmiş Ştatların şərqində ilk seçki məntəqələri bağlandı

Birləşmiş Ştatların şərqində ilk seçki məntəqələri bağlandı ABŞ-ın şərqindəki seçki məntəqələrində səsvermələr Bakı vaxtı ilə saat 3:00-da başa çatıb.
Digər ölkələr
4 Noyabr , 2020 03:09
Birləşmiş Ştatların şərqində ilk seçki məntəqələri bağlandı

ABŞ-ın şərqindəki seçki məntəqələrində səsvermələr Bakı vaxtı ilə saat 3:00-da başa çatıb.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, İndiana və Kentukkidəki seçki məntəqələri işlərini başa çatdırıb.

Bakı vaxtı ilə saat 4:00-da daha yeddi ştatda, səsvermələrin nəticəsi üçün əhəmiyyətli olan Florida və Corciya da daxil olmaqla, Virciniya, Cənub Karolina, Vermont və digər yerlərdə seçki məntəqələri eyni vaxtda bağlanacaq. Bakı vaxtı ilə saat 4:30-da Ohayoda, Şimal Karolinada və Qərb Virciniyada seçki məntəqələri işini başa vuracaq. Bundan yarım saat sonra isə 15 ştat və Kolumbiya dairəsində səsvermələr eyni vaxtda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi