​ABŞ-ın Sent-Luis şəhərində baş vermiş atışmada 3 nəfər yaralanıb

​ABŞ-ın Sent-Luis şəhərində baş vermiş atışmada 3 nəfər yaralanıb Polis faktla bağlı təhqiqata başlayıb
Digər ölkələr
7 Avqust , 2016 10:14
​ABŞ-ın Sent-Luis şəhərində baş vermiş atışmada 3 nəfər yaralanıb

Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində, "Fubar" gecə barının yaxınlığında atışma baş verib.

"Report"un məlumatına görə, bu barədə yerli "St. Louis Post-Dispatch" qəzeti xəbər yayıb.

Məlumata görə, silahlı qarşıdurma zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

Hadisə zamanı ölüm faktının olub-olmaması ilə bağlı məlumat verilmir.

Polis faktla bağlı təhqiqata başlayıb. 

Son xəbərlər

Orphus sistemi