ABŞ-ın sabiq prezidentlərinin təqaüdlərinin azaldılması təklif olunur

ABŞ-ın sabiq prezidentlərinin təqaüdlərinin azaldılması təklif olunur Bu təşəbbüslə respublikaçı konqresmen çıxış edib
Digər ölkələr
11 Noyabr , 2017 08:52
ABŞ-ın sabiq prezidentlərinin təqaüdlərinin azaldılması təklif olunur

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ Konqresinin üzvləri ölkənin sabiq prezidentlərinin təqaüdlərini azaltmaq niyyətindədirlər.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "The Washington Examiner" nəşri yazıb.

Qeyd olunur ki, hazırda sabiq prezidentlərin təqaüdü 205 min dollardır. Təşəbbüsün müəllifi, respublikaçı konqresmen Codi Hays onun həcminin 200 min dollara qədər azaldılmasını təklif edib.

Onun sözlərinə görə, keçmiş prezidentlərin vergi ödəyicilərinin əlavə yardımına ehtiyacları yoxdur.

Güman olunur ki, Konqresin Nümayəndələr Palatası müvafiq qanun layihəsinə gələn həftə səs verəcək.

Son xəbərlər

Orphus sistemi