Bakı. 8 fevral. REPORT.AZ/ ABŞ-ın rəhbərlik etdiyi İŞİD-ə qarşı mübarizə üzrə beynəlxalq koalisiya qüvvələri Suriya ordusuna atəş açıb.
"Report" xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
"Sarsılmaz qətiyyət" əməliyyatı qərargahının mətbuat xidmətindən bildirilib ki, bu, qarşı tərəfə cavab atəşi olub. Qeyd edilir ki, Suriyadakı kürd döyüşçülərinin olduğu qərargah qarşı tərəfdən atəşə tutulub. Koalisiya öz müttəfiqlərinin müdafiəsi üçün cavab atəşi açıb.
Ölənlər və yaralananların olması barədə məlumat verilmir.