ABŞ-ın qırıcı təyyarəsi Yaponiyada qəzaya uğrayıb - YENİLƏNİB

ABŞ-ın qırıcı təyyarəsi Yaponiyada qəzaya uğrayıb - YENİLƏNİB Bakı. 11 iyun. REPORT.AZ/ Yaponiyada qəzaya uğramış ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin heyət üzvü xilas edilib.
Digər ölkələr
11 İyun , 2018 04:39
ABŞ-ın qırıcı təyyarəsi Yaponiyada qəzaya uğrayıb - YENİLƏNİB

Bakı. 11 iyun. REPORT.AZ/ Yaponiyada qəzaya uğramış ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsinin heyət üzvü xilas edilib. 

"Report" xəbər verir ki, bu barədə "Kiodo" Yaponiyanın Naha hərbi bazasının rəhbərliyinə istinadən xəbər verib. 

Xəbərdə bildirilir ki, ekipaj üzvü Yaponiyanın özünümüdafiə qüvvələri tərəfindən xilas olunub. Qeyd edək ki, heyət üzvü katapulta vasitəsilə qəzaya uğrayan təyyarədən xilas olmuşdu. Onun aqibəti məlum deyildi. 

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Yaponiyanın cənubunda qəzaya uğrayıb.


***03:33

ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus F-15 qırıcı təyyarəsi Yaponiyanın cənubunda qəzaya uğrayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Okinava adasının sularında qeydə alınıb. Təyyarənin heyət üzvü katapulta vasitəsilə xilas olub. Lakin onun taleyi naməlumdur.

Qeyd edilir ki, qırıcı təyyarə Kadena hərbi bazasından Okinava adasına doğru uçurmuş. ABŞ-ın Yaponiyadakı hərbi obyektlərinin 70 faizi bu adada cəmləşib.

Kadena ABŞ-ın Hərbi Hava Qüvvələrinin Birləşmiş Ştatların sərhədlərindən kənardakı ən böyük bazasıdır. 

Son xəbərlər

Orphus sistemi