ABŞ-ın qəzaya uğrayan qırıcısının pilotundan xəbər yoxdur

ABŞ-ın qəzaya uğrayan qırıcısının pilotundan xəbər yoxdur Bu il ABŞ-da 6-cı dəfədir "F16" qəzaya düşür
Digər ölkələr
25 İyun , 2015 14:48
ABŞ-ın qəzaya uğrayan qırıcısının pilotundan xəbər yoxdur

Bakı. 25 iyun. REPORT.AZ/ ABŞ-ın "F-16" hərbi təyyarəsi Meksika ilə sərhəd yaxınlığında yerləşən Arizonada təlim uçuşu zamanı qəzaya uğrayıb.

"Report" "BBC"yə istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələrinini 162-ci bölməsi məlumat yayıb.

Hərbi təyyarədə olan yeganə pilotun taleyindən xəbər yoxdur.

Hadisənin baş veridiyi Fort Uaçuka hərbi bazası araşdırma aparılması üçün mühasirəyə alınıb.

Xəbərdə bildirilib ki, bu il ABŞ-da 6-cı dəfədir "F16" qəzaya uğrayır.

"F16" ABŞ-ın əsas döyüş qırıcısı sayılır. O 1974-cü ildə hazırlansa da, 1970-ci illərin sonunda kütləvi istehsala başlanılıb."F16" dünyanın 20-dən artıq dövlətinin Hərbi Hava Qüvələrinin sihlahları sırasındadır. 4-cü nəsil kütləvi döyüş təyyarələrindən olan "F16"-dan ötən müddətdə 4,5 min ədəd istehsal edilib.

Son xəbərlər

Orphus sistemi