ABŞ-ın Qətərlə imzaladığı 1,1 milyard dollarlıq müqavilə təsdiqlənib

ABŞ-ın Qətərlə imzaladığı 1,1 milyard dollarlıq müqavilə təsdiqlənib Dövlət Departamenti: “Qətər Körfəzdəki siyasi sabitlik üçün əhəmiyyətli bir gücdür”
Digər ölkələr
2 Noyabr , 2017 12:11
ABŞ-ın Qətərlə imzaladığı 1,1 milyard dollarlıq müqavilə təsdiqlənib

Bakı. 2 noyabr. REPORT.AZ/ ABŞ Dövlət Departamenti Qətərlə “F-15QA” qırıcılarının dizaynı və hərbi tikinti xidməti üzrə imzalanan 1,1 milyard dollarlıq müqaviləni təsdiqləyib.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, məlumatı Dövlət Departamenti yayıb.

“Qətər Körfəzdəki siyasi sabitlik üçün əhəmiyyətli bir gücdür. Ortaq müdafiə mənafeyimiz əlaqələrimizi gücləndirir. Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri ölkənin təhlüksizliyində əhəmiyyətli rol oynayır”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, bir müddət əvvəl Qətər ABŞ-dan dəyəri 12 milyard dollar olan 72 ədəd “F-15E” qırıcısı alıb. 

Son xəbərlər

Orphus sistemi