ABŞ-ın “Porter” esminesi Qara dənizi tərk edib

ABŞ-ın “Porter” esminesi Qara dənizi tərk edib Gəmi Qara dəniz hövzəsinə fevralın 2-də daxil olub
Digər ölkələr
11 Fevral , 2017 23:58
ABŞ-ın “Porter” esminesi Qara dənizi tərk edib

Bakı. 11 fevral. REPORT.AZ/ Amerikanın idarə olunan raket sistemi ilə təchiz edilmiş “USS Porter” esminesi Qara dəniz hövzəsini tərk edib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyanın Neapol şəhərində yerləşən 6-cı donanmasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, gəmi təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyat apardıqdan sonra dənizdən çıxıb. Esmines, xüsusilə “Sea Shield 2017” beynəlxalq təlimlərində iştirak edib.

Gəmi Qara dəniz hövzəsinə fevralın 2-də daxil olub.

Son xəbərlər

Orphus sistemi