ABŞ-ın “Pfizer” şirkətinin peyvəndi yenə allergik reaksiyaya səbəb oldu

ABŞ-ın “Pfizer” şirkətinin peyvəndi yenə allergik reaksiyaya səbəb oldu ABŞ-ın Ərzağın keyfiyyəti və Dərman məsələləri üzrə İdarəsinin (FDA) nümayəndəsi Piter Marks bildirib ki, “Pfizer Inc” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış peyvəndlərdən beşində allergik reaksiya aşkarlanıb.
Digər ölkələr
19 Dekabr , 2020 08:48
ABŞ-ın “Pfizer” şirkətinin peyvəndi yenə allergik reaksiyaya səbəb oldu

ABŞ-ın Ərzağın keyfiyyəti və Dərman məsələləri üzrə İdarəsinin (FDA) nümayəndəsi Piter Marks bildirib ki, “Pfizer Inc” və “BioNTech” şirkətləri tərəfindən hazırlanmış peyvəndlərdən beşində allergik reaksiya aşkarlanıb.

Bu barədə “Report” "İnterfaks"a istinadən xəbər verir.

Onun sözlərinə görə, belə reaksiyaya “Pfizer” və “Moderna” vaksininin tərkibinə daxil olan polietilenqlikol (dərmanların sənayedə istehsalı üçün istifadə olunan çox tətbiqli polietilen birləşmə -red) səbəb ola bilər. Marks qeyd edib ki, FDA peyvəndlənmə zamanı allergiya ilə bağlı məsələləri araşdırır.

Xatırladaq ki, bu FDA tərəfindən təsdiqlənmiş peyvəndlərdən istifadədən sonra qeydə alınan ilk belə hal deyil. Daha əvvəl Alyaska ştatının “BioNTech” və “Pfizer” şirkətlərinin peyvəndi vurulmuş tibb işcisi güclü allergik reaksiya ilə xəstəxanaya yerləşdirilib. Son məlumata görə, onun vəziyyəti sabitdir.

Son xəbərlər

Orphus sistemi