Yuxarı
    Bağlamaq

    ABŞ-ın Oklend şəhərinin şerifi: "Gecə klubundakı yanğın zamanı ölənlərin sayı 40-a çata bilər"

    Ölənlərin sayının bir neçə dəfə artacağı istisna deyil

    Bakı. 3 dekabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Oklend şəhərində baş vermiş yanğında ölənlərin sayı 40 nəfərə çata bilər.

    "Report" xəbər verir ki, bu barədə şəhərin şerifi "CNN" telekanalının efirində bildirib.

    O, qeyd edib ki, ölənlərin sayının bir neçə dəfə artacağını istisna etmir. "Biz 30-40 nəfərin öldüyünü güman edirik" - deyə şerif bildirib.

    Şəhərin hüquq-mühafizə orqanının rəsmisi eyni zamanda qeyd edib ki, hazırda ölənlərin sayı 9 nəfərdir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi