Yuxarı
    Bağlamaq

    ABŞ-ın Oklahoma ştatında qasırğa nəticəsində 30 nəfər xəsarət alıb - VİDEO

    Qasırğa səbəbindən 11 min insan işıqsız qalıb

    Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ-ın Oklahoma ştatının Talsa şəhərində qasırğa nəticəsində 30 nəfər xəsarət alıb.

    "Report"un məlumatına görə, bu barədə tibbi məntəqənin nümayəndəsinə istinadən "Associated Press" bildirib.

    Xəbərdə bildirilir ki, qasırğa səbəbindən 11 min insan işıqsız qalıb. Tibbi yardım üçün xəstəxanaya 30 nəfər müraciət edib.

    Daha əvvəl 13 zərər çəkmiş haqqında bildirilirdi.

    İlkin məlumatlara görə, ştatdan keçən qasırğa nəticəsində həlak olan yoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi